• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 24.11.2021 19:29

Nəqliyyat kommunikasiyalarının açılması ilk növbədə Ermənistanı tənəzzüldən qurtarar

KepezTV Player

Nəqliyyat kommunikasiyalarının açılması ilə Ermənistan ilk növbədə öz iqtisadiyyatını ağır tənəzzül vəziyyətindən çıxara bilər. Milli vəkili Arzu Nağıyev Ermənistanın baş naziri Nikol Paşinyanın feysbuk səhifəsi üzərindən keçirdiyi mətbuat konfransında Ermənistan ərazisi boyunca nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinə çıxmasına münasibət bildirərkən belə deyib. Deputat Paşinyanın 9 noyabrda Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması ilə bağlı manipulyativ fikirlər səsləndirdiyini və yanlış rəy formalaşdırdığını da bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın "“Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür" açıqlaması absurddur. Ermənistan belə cəfəng açıqlamalardan çəkinməlidir. Millət vəkili Arzu Nağıyev Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyətində olmadığı barədə açıqlamalarının onun əməli ilə üst-üstə düşmədiyini də bildirib.