• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 24.11.2021 19:16

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş baş tutub.Tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.