• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 24.11.2021 15:48

Dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub

Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurluqlarını əhatə edən yeni statistika ortaya çıxıb. Məlum olub ki, hal hazırda aktul olan Android versiyalarının istifadəçilər arasında yayılmaları çox ləng şəkildə reallaşır. Hələ 2018-ci ilin sonunda Google şirkəti müxtəlif Android versiyalarının bütün dünya üzrə istifadə statistikalarını dərc etməyə son qoymuşdu. Buna baxmayaraq Android Studio-da ortaya çıxmış hesabat istifadəçilərin Google Play-dən istifadələrinə əsaslanır və bu da öz növbəsində müxtəlif Android versiyalarının nə dərəcədə məşhur olduqları barəsində nisbətən dəqiq təvir yaratmağa imkan verir. Beləliklə statistikaya əsasən ən məşhur Android versiyası məhz Android 10-dur.

 Belə ki, o, cihazların 26.5%-nə quraşdırılıb. 14 ay bundan öncə istifadəyə verilmiş Android 11-in bu məsələdə göstəricisi 24.2% təşkil edir. Statistikaya əsasən Android 9 Pie cihazların 18.2%-nə, Android 8 Oreo 13.7%-nə, Android 7 və Android 7.1 Nougat isə 6.3%-nə quraşdırılıb. Təəssüflər olsun ki, yenicə istifadəyə verilmiş Android 12-nin statistikaları barəsində məlumat təqdim edilməyib. Cihazların 5.1%-i hələ də Android Marshmallow-dan, 3.9%-i Android Lollipop-dan, 1.4%-i isə Android KitKat-dan istifadə edir. Ən məşhur olmayan Android versiyası 9 il bundan öncə istifadəyə verilmiş Android Jelly Bean-dir. Belə ki, cihazların yalnız 0.6%-i hələ də bu əməliyyat sistemindən istifadə edir.