• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 23.11.2021 20:42

Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliği

KepezTV Player

Gəncədə Ombudsman Aparatının təşkilatçılığı ilə dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi mövzusunda təlimlərə start verilib. Təlimlərdə mediasiya, ombudsman konsepsiyasının tarixi inkişafı, dayanıqlı inkişaf məqsədləri, aralıq hesabatların hazırlanma prosesi ilə bağlı məlumatlar iştirakçılara çatdırılıb.

Zaur Vəliməmmədli Ombudsman Aparatının şöbə müdiri: Bizim təlimlərimiz 3 gün davam edəcək. Bu təlimlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.Biz bu vaxta qədər artıq Qubada, Şəkidə, Lənkəranda belə təlimləri keçirdik.Təlimlərin məqsədi dövlət qurumlarında yaxşı idarəçiliyin təbliği, bu sahədə ombudsmanın rolu, eyni zamanda vətəndaş cəmiyyətləri institutları ilə birgə əməkdaşlığın gücləndirilməsidir.