• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 23.11.2021 12:13

Gəncədə güzəştli mənzillərin satışı başlayır

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyi Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır. Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksində ümumilikdə 188 mənzilin satışı 23 dekabrda başlayacaq və 30 dekabrdək davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərə mülkiyyət hüquqlarına dair “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.