• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 22.11.2021 20:15

Füzuli parkında infrastruktura vurulan zərər

KepezTV Player

İstirahət parkları insanların asudə vaxtlarının səmərəli keçməsi üçün nəzərdə tutulan məkanlardır. Ancaq  bu istirahətə mane olan səbəblər varsa, deməli ictimai problem var. Bu dəfə problemin izi ilə düşən əməkdaşımız Valeh Anaroğlu Gəncə sakinlərinin ən çox üz tutduğu Füzuli parkında olub və ölkənin ikinci ən böyük şəhərində sözügedən parkda mövcud infrastrukturun yarıtmaz olduğunun şahidi olub.

Gəncənin Xətai prospektində yerləşən şair Məhəmməd Füzulinin adını daşıyan istirahət parkı əhalinin rahatlığı üçün salınıb. Ətrafında yaşayış binaları, təhsil və tərbiyyə müəssisələrinin yerləşdiyi 2,5 hektar ərazisi olan məkanda görünən mənzərə isə sakinlərin üzəyincə deyil. hətta ətrafda yaşayanların narazılığına da əsas yaradır. Oturacaqların yararsız vəziyyətdə olması, tullantı qablarının sındırılması infrastruktura zərər vuranların "əl işləridir". Bu da öz növbəsində asudə vaxtlarını burada keçirmək istəyənlərdə sual yaradır - aidiyyəti qurumlar niyə parka nəzarət etmirlər.

Fəvvarələrində zibillər qalaqlanması bir yana, məişət tullantıları qablarının səki daşlarına bərkidilməsi, oturacaqların əlavə vasitələrdən istifadə olunmaqla dəfələrlə təmir olunması belə abadlığı pozanlara mane ola bilmir. Məsələ ilə bağlı şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin mövqeyini öyrəndik.

Müqəssirin kimliyindən asılı olmayaraq, insanların istirahət hüququna mane olmaq istəyənlərə qarşı tədbirlərin görülməsi labüddür. Ona görə labüddür ki, onlar bu əməllərindən peşman olub, təkrarlamasınlar.

 

Valeh Anaroğlu