• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 22.11.2021 16:10

Azad edilmiş torpaqlarda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib. Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreyada təqdimatın keçiriləcəyini vurğulayaraq bildirib ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd edib, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını deyib.  Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini vurğulayıb.