• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 20.11.2021 12:29

Kross qaçışı üzrə xatirə yarışı

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kross qaçışı üzrə yarış keçirilib. Heydər Əliyev adına park kompleksində təşkil edilən birincilik bir neçə ay əvvəl dünyasını dəyişən Gəncədə atletikanın inkişafında böyük əməyi olan əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, ali kateqoriyalı çalışdırıcı Bəxtiyar Əsədovun xatirəsinə həsr olunub. Həm oğlan, həm də qız idmançıların iştirak etdiyi kross qaçışda 30-a yaxın atlet mübarizə aparıb. Yarışda uşaq və yeniyetmlər qüvvəsini sınayıb. Yekunda finişə ən tez çatan 3 idmançı diplom və medalla təltif ediliblər.