• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 20.11.2021 19:37

Rayon fəalları yaşıllaşdırma aksiyasında

KepezTV Player

Şəmkirdə də Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü qeyd edilib. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər. Sonra YAP Şəmkir rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirib. Aksiya rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınmasına töhfə olub. Aksiya iştirakçıları tərəfindən şəhər ərazisində yerləşən Şəhidlər xiyabanında həmişəyaşıl Eldar şamı ağacları və gül kolları əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib. Təşkilatın  fəalları əkilən ağacların və güllərin suvarılmasını təmin ediblər. Rayon üzrə YAP üzvlərinin ümumi sayı 11955 nəfərdir. Onların sırasında gənclər 4012, qadınlar isə 6955 nəfərlə təmsil olunurlar. Şəmkirdə ilk partiya təşkilatlarının sayı isə 112-dir.