• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 19.11.2021 20:38

"Xeyir və şər"lə açılan mövsüm

KepezTV Player

Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Gəncə Dövlət Kukla Teatrında dahi şairin “Xeyir və Şər” nağılı əsasında hazırlanan tamaşa  nümayiş etdirilib. Premyerası olan səhnə əsəri teatrın repertuarına daxil edilib.

Gəncədə Mədəniyyət Nazirliyinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalı davam edir. Festival çərçivəsində Gəncə Dövlət Kukla Teatrında Fərmail Paşayevin quruluşunda  Nizami Gəncəvinin “Yeddi gözəl” poeamasından “Xeyir və Şər” nağılı əsasında hazırlanan tamaşanı nümayişi olub.

Dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb yaradan Nizami Gəncəvi Yaxın və Orta Şərq fəlsəfi düşüncə tarixini zənginləşdirən söz sənətinin incilərini məhz bu şəhərdə ərsəyə gətirib. Xeyirin Şər üzərində qələbə çaldığı bu nağılı da həmin əsərlərdəndir.

Fərmail Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Yeni qurluşda, tamam fərqli quruluşda təqdim elədik. Tamaşada həm canlı aktyor oyunu var idi, həm də kukla aktyorların oyunu var idi. Eyni vaxtda ra kəsmələr yeri gəldikdə məkana çevrilirdi.Şahın sarayı, çobanın dəyədə olan səhnəsi eləcədə Göygölün yaranma səhnəsi var. Bütün bunlar isə yeni quruluşda, yeni formada tamaşaçılara dediyimiz söz və fikirdi.

Şamil Məmmədli aktyor: Tamaşada mən şər obrazını yaradırdım. Obrazı yaratmaqda böüyk məmnuniyyət duyuram. Pisxaloji cəhətdən çox çətin obrazdı Bacardığım qədərə çalışırma öhdəsindən gələm. Nizami Gəncəvinin çatdırdığı kimi biz də tamaşada çatdırmaq istədik ki, xeyir daim var, şərlə mübarizə aparır. Bu tarix boyu davam edib və davam edəcəkdir.

40 dəqiqəlik tamaşada balacalar Nizami duhası və yaradıcılığına baş vurublar. Quruluşçu rəssamı Əntiqə Bədirova olan nağılda balaca tamaşaçılara öz əməllərində hər zaman xeyir işlərlə məşğul olmaq, elinə obasına, vətəninə xeyirli bir vətəndaş kimi böyümək tərənnüm edilib.

Mədinə Şərifova  tamaşaçı:Nizami Gəncəvinin Xeyir və şər tamaşasına baxdım. Çox xoşladım və bəyəndim.

Xudayət Əsgərov  Əməkdar artist: Xeyir və şərdə Nizamini səsləndirdim. Həmçinin xeyirin kuklasını mən oynadırdım. Həmişə şər nə qədər varsa xeyir də var.Xeyir şər üzərində qalib gələcəkdir. Körpələr çatdırmaq istədik ki, sizdə həmişə çalışın ki, xeyirxah işlər görün, gələcək üçün xeyirli insanlar olun

Kukla Teatrının repertuarına salınan bu yeni tamaşa Nizami İli çərçivəsində tamaşaçılara nümayiş olunacaq.

Elnur Vahidoğlu