Mingəçevirdə məktəbli güllələnib. Hadisə Məcburi köçkünlərin yaşadığı Yeni Həyat qəsəbəsində baş verib. Mingəçevir Şəhər Prokurorluğunun yaydığı məlumata görə, Ağdam rayon Gülablı kənd sakini 37 yaşlı Əlvan Qasımovun övladı ilə 16 yaşlı yeniyetmə Orxan Kərimov arasında münaqişə yaşanıb. Bu zaman Əlvan Qasımov qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu güllələyib. Güllə yarası alan Orxan Mingəçevir xəstəxanasına aparılarkən yolda həyatını itirib.Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Nürəddin İsgəndərov mərhumun qohumu: 16 yaşı var uşağın, körpə uşaqdı. o birisi də ağsaqqal adamdı. 50 yaşına az qalmış adamdı. day orasını mən bilmirəm, nə üstündə olduğunu mən bilmirəm. Guya onun uşağı ilə nəsə onların arasında olub. Bu da götürüb silahla uşağa atıb da.
- Baxış: 772