• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 19.11.2021 20:30

YAP dünən, bu gün, sabah

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında Partiyanın yaradılmasının 29 illiyinə həsr olunmuş görüş keçirilib. Tədbirdə bu əlamətdar tarixi hadisənin ölkəmizin hər yerində olduğu kimi, qədim Nizami yurdu Gəncədə də möhtəşəm zəfərin təzahürü fonunda yüksək təntənə ilə qeyd olunduğu vurğulanıb.Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan siyasi təşkilat nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilib. YAP-ın 29 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən, Azərbaycanın böyük uğurlarının flaqmanı olaraq qazanılan nailiyyətlərdən, bütün seçkilərdə qələbələrə imza ataraq alternativsiz siyasi quruma çevrilməsindən söhbət açılıb. Gəncə şəhərinin ictimai-siyasi həyatında, partiya tapşırıqlarının yerinə yetirilməsində fəallığı ilə fərqlənən ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının bir qrupuna YAP Gəncə şəhər Təşkilatının Fəxri fərmanları və hədiyyələr təqdim olunub.