• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 18.11.2021 19:45

Aktiv xəstələrdən 15-nin vəziyyəti ağırdır

KepezTV Player

Son vaxtlar koronavirus infeksiyasına yoluxanların sayı artan şkala ilə davam edir. Ölkənin qərb bölgəsində də bu xəstəliyə gün ərzində tutulanlar ikirəqəmli səviyyəsindədir. İzləyəcəyiniz süjetdə Gəncədə koronaviruslu xəstələrin müalicəsinin aparıldığı modul tipli xəstəxanadakı vəziyyətlə maraqlanmışıq.

Gəncədəki modul tipli xəstəxana qərb regionunda koronaviruslu xəstələr üçün bir növ mərkəz rolunu da oynayır. Yəni bu bölgənin ayrı-ayrı şəhər və rayonlarından buraya infeksiyaya yoluxan xəstələr gətirilərək müalicə olunurlar. Gün ərzində xəstəxanaya 20-25 pasiyent müraciət edir, təxminən eyni sayda da xəstə sağalaraq evə buraxılır.  Hazırda modul tipli xəstəxanada virusa yoluxan xeyli sayda şəxs həkimlərin nəzarəti altındadır.

Koronavirusa yoluxan insanlardan dünyasını dəyişənlərin əksəriyyəti ya xəstəliklərini gizlədənlər ya da həkimə gec mücariət edənlərdir. İnfeksiyaya qarşı erkən mübarizə isə ölüm halları azaltmış olur. Həkimlərin gəldiyi qənaət də bu yöndədir.

Xəstəliyin vaxtında aşkarlanması ilə yanaşı vaksinasiya da pandemiya ilə mübarizədə mühüm əhəmiyyətə malikdir. Artıq iki ilə yaxındır dünyanı cənginə alan bu xəstəliklə mübarizə aparanlar da bunu təsdiqləyirlər.

Hazırda Gəncə modul tipli xəstəxanada aktiv koronaviruslu 147 xəstə var. Onlardan 15-i ağır vəziyyətdədir və reanimasiya şöbəsinə yerləşdirilib. 34 pasiyent orta ağır, digərləri isə yüngül durumda olanlardır.