• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 18.11.2021 19:58

Binadakı mənzillər kanalizasiya xəttinə qoşulur

KepezTV Player

Gəncədə su-kanalzasiya layihəsinin reallaşdırılması çərçivəsində 50 minə yaxın abonent fasiləsiz olaraq içməli sudan istifadə edir. Bununla paralel olaraq şəhərdə 20 minə yaxın abonentin mənzillərinə yeni kanalzasiya xətti də çəkilib. Proses hazırda mərhələli şəkildə davam edir.

Gəncə Su-Kanal Törəmə Səhimdar Cəmiyyəti tərəfindən mənzillərin kanalizasiya şəbəkəsinə qoşulmasına sentyabrdan başlanılıb. İndiyə kimi idarə tərəfindən şəhərin 3-cü və 4-cü mikrorayonlarında içməli sudan istifadə edən 3 mindən çox abonentin mənzilinə kanalizasiya xətti çəkilib. Hazırda işlər 1-ci mikrorayon ərazində aparılır. Yaxın 4 aya şəhərin 213 yaşayış binasındakı mənzillər də yeni xəttə qoşulacaq.

Həmçinin paralel olaraq köhnə xətlərdə su itkilərinin qarşısını almaq üçün borular yenilənir. Gəncə üzrə 74 min abonentə, 2100 qeyri-əhali qrupuna xidmət göstərilir. Su təminatı Göygöl, Qızılqaya, Şəmkirçay su təmizləyici qurğu və subartezian quyularından istifadə etməklə həyata keçirilir.

Elnur Vahidoğlu