Məlum olduğu kimi ötən gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Gəncəyə səfəri reallaşıb. Səfər çərçivəsində qurum rəsmisi televiziyamıza gəncəli futbolsevərləri, “Kəpəz” azarkeşlərini sevindirəcək eksklüziv açıqlamalar verib.
Bu mövsüm reallaşdırdığı transferlərlə adından söz etdirən, eyni zamanda 1-ci divizonda məğlubiyyət üzü görməyən Kəpəz azarkeşlərini ümidləndirib. Uğurlu nəticələrlə diqqət çəkən qərb klubunun gələn il elitada çıxış edəcəyi ilə bağlı qeyri-rəsmi məlumatlar da dolaşır. İki ildən sonra ölkənin ikinci şəhərinə gələn AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu söz-söhbətlərə son qoyaraq gəncəlilər futbolsevərlərin çoxdan gözlədiyi şad xəbəri verib. O, yeni mövsümdən premyerliqada 10 komandanın olacağını planlaşdırdıqlarını, “Kəpəz”in də həmin kollektivlər arasında yer almasını istədiklərini ifadə edib.
Elxan Məmmədov Gəncədə yaradılacaq futbol akademiyası ilə bağlı da danışıb. O, akademiyanın gələn ilin sonunda hazır olacağını deyib.
AFFA funksioneri futbol akademiyasında nələrin olacağını da açıqlayıb.
Elxan Məmmədov əsas stadionla bağlı məsələyə də toxunub. Qurum rəsmisi arenanın dövlət praqramına salındığını və yaxın gələcəkdə inşa olunacağını bildirib.
Kəpəz hazırda 1-ci divizionda 7 oyundan sonra 13 xal toplayıb. Komanda bu nəticə ilə turnir cədvəlində Sabah-2 ilə birlikdə eyni xala malik olsa da, əlavə göstəricilərə görə rəqibini qabaqlayaraq 3-cü pillədə qərarlaşıb.
- Baxış: 657