• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 17.11.2021 20:41

Şəhid hərbi qulluqçumuz torpağa tapşırılıb

KepezTV Player

Haqqın səsi, azadlığın bərqərar olma səbəbi şəhid...Səcdəsi torpağa, vətənə olan şəhid...O Vətən ki adı Azərbaycan, torpağının mayası isə şəhid qanıdır. Hələ o torpaq düşmənin göz dikəcəyi, illərlə xülyası ilə yaşayacağı dəyərdədirsə, o zaman yolunda candan keçəcək oğulların sayı hesabı olmur. Bu səhərimiz yenə şəhid xəbərləri ilə açıldı. Natiq Əliyev də o canlardan biridir. Ölümü ilə ölümsüzlüyə ucalan can !!! Azərbaycanın son hecası, Vətənin Qarabağ sevdası !!!

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla əlaqədar gedən döyüşlərdə şəhid olan hərbçi 32 yaşlı Natiq Əliyevlə vida mərasimi keçirilib. Şəhidin cənazəsi Gəncədə yaşadığı evə gətirilib.

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. Yaylım atəşindən sonra Natiq Əliyevin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutunun büründüyü 3 rəngli Azərbaycan bayrağı qəhrəmanın atasına verilib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Natiq Əliyevin yaş yarımlıq bir qızı Vətənə yadigar qalıb.

Valeh Anaroğlu