KepezTV Player
Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncədə olub. Şəhər rəhbəri və Kəpəz Peşəkar Futbol klubunun rəsmiləri ilə birlikdə Nizami yurdunun mərkəzi stadionuna baxış keçirilib, gələcəkdə görüləcək işlər müzakizə edilib. Daha sonra aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş baş tutub. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub. Eyni zamanda AFFA-nın icraçı vitse-prezidenti veteran futbolçular və azarkeşlərlə də bir araya gəlib.
- Baxış: 572