• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 16.11.2021 16:19

Qərb derbisində "Kəpəz" qazandı

KepezTV Player

Bu gün futbol üzrə 1-ci Divizionda 8-ci turun oyunlarına start verilib. Turun açılış, eyni zamanda mərkəzi görüşü Gəncədə keçirilib. "Kəpəz" doğma divarlar arasında əzəli rəqibi "Turan Tovuz"u qəbul edib. Hesabı 35-ci dəqiqədə meydan sahibləri açıblar. Vüsal Məsimovun dəqiq zərbəsi "Kəpəz" azarkeşlərini sevindirib. 9 dəqiqə sonra tovuzlular hesaba tarazlıq gətiriblər. Sadiq Şəfiyev adını tabloya yazdırıb. 76-cı dəqiqədə "sarı-göylər"dən Cavid İmamverdiyev vurduğu qolla komandasını yenidən önə keçirib. Bu qələbədən sonra xallarını 13-ə yüksəldən "Kəpəz" "Sabah-2" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Tovuz klubu 7 xalla 11-cı sıradadır.