• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 13.11.2021 16:44

Erməni terrorçunun Daşaltı kəndindəki hücumu misli görünməmiş terror aktıdır

KepezTV Player

Erməni terrorçunun Daşaltı kəndində azərbaycanlı hərbçilərin və rusiyalı sülhməramlıların olduğu posta hücumu misli görünməmiş terror aktıdır. Bunu amerikalı ekspert Piter Teys deyib. "Terrorçuluq və revanşizm erməni cəmiyyətində bir çox forma və təzahürə malikdir. Faciəvi faktlardan biri də odur ki, demokratik dünyada, Avropada, ABŞ-da beynəlxalq subyektlər Yerevan administrasiyası tərəfindən Azərbaycanın günahsız dinc sakinlərinə və Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarını mühakimə etmir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti və cəmiyyəti tərəfindən erməni terrorçuların alqışlanması ciddi amildir və beynəlxalq ictimaiyyət bununla mübarizə aparmalıdır.