KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində 12 noyabr konstitusiya günü münasibətilə gənclərlə görüş keçirilib. Gənclər Evində baş tutan tədbirdə Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbə gənclər təşkilatlarının 30-a yaxın üzvü iştirak edib. Çıxış edənlər bu günün önəmini vurğulayaraq ulu öndər Heydər Əliyevin prezident olduğu dönəmdə, yəni 1995-ci ildə qəbul olunan konstitusiyanın müstəqil Azərbaycanın ilk qanunlar toplusu olduğu bildirilib. Gənclərə hüquqlarını qorumaq baxımından konstitusiyanı bilməyin vacibliyi diqqətə çatdırılıb.
- Baxış: 411