Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışını təşkil edən, həmçinin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. Baş İdarənin və ona bilavasitə tabe olan Sabirabad, Qərb, eləcə də Cənub Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 2-si qadın olmaqla 21 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqram vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb.
- Baxış: 754