• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2168
— 12.11.2021 12:04

Qırğız Respublikası ilə əlaqələrin gücləndirilməsi müzakirə olunub

KepezTV Player

Prezident İlham Əliyev İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb. Ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Prezident İlham Əliyev həm siyasi, həm iqtisadi, humanitar sahələrlə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid etdiyini vurğulayıb. ***Sadır Japarov Azərbaycanın Qırğız Respublikasına 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərməsinə görə təşəkkür edib. Vurğulayıb ki, Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib.