BMT-nin qaçqınların işləri üzrə ali komisarlığının dəstəyi ilə keçmiş Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım həyata keçirilir. Layihə Bakı, Gəncə, Mingəçevir şəhərlərini, Bərdə, Ağdam, Füzuli və Tərtər rayonlarını əhatə edir.
“Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım” layihəsinin məqsədi onların mövcud problemlərinin, təmin olunmamış və ya pozulmuş hüquqlarının bərpasında köməklik etməkdir. Layihə çərçivəsində nəinki məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə eyni zamanda Vətən müharibəsində zərər çəkən şəxslərə də hüquqi yardım göstəriləcək.
Mayis Əliyev “De Leqe” MMC-nin direktoru: Əsasən bu xidmətlər birinci növbədə şifahi məsləhətlərin verilməsini özündə əhatə edir. Eyni zamanda biz məhkəmələrə iddia ərizələrinin yazılmalarını və kasasiya və apelyasiya məhkəmələrinə şikayətlərinin yazılmasını ilə bağlı xidmətlər göstəririk. Son dövrlər biz hüquqi yardım xidməti içərisinə məcburi köçkünlərin o qayıdış prosesinə hazırlamaqdan ötrü onların mülkiyyət huquqlarını təsdiq edən sənədlərin, hüquqi ekspedizisiyasını həyata keçiririk. Və müxtəlif dövlət orqanlarında ərizə, şikayət və müraciətlərin yazılması, onların hüquqi problemlərinin həllinin tapılması istiqamətində dövlət orqanlarına istiqamətləndirilməsi əhatə edir.
Avqustun 2-dən dekabrın 30-dək icra olunacaq layihədən regionlarda yaşayanlar da yararlana bilir.
Mayis Əliyev “De Leqe” MMC-nin direktoru: Bütün regionlarda hansıki biizm layihəmizin coğrafi ərazisini özündə əhatə edir, hər birində bizim ofislərimiz var. Və bu ofislərdə bizim vəkilimiz və peşəkar hüquqşünaslarımız fəaliyyət göstərir ki, hansı ki, onlar keyfiyyətli və peşəkar yardımı həyata keçirilir. Söhbət Gəncə şəhərindən gedirsə Məhəməd Xələfov 13 ünvanında yerləşən ofisimizə müraciət edə bilərlər.
BMT-nin qaçqınların işləri üzrə ali komisarlığına layihə verən zaman faəliyyət proqramına daxil olmuş önəmli məsələlərdən biri də mütəmadi olaraq icma ilə görüşdür. Bu istiqamətdə növbəti görüş məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncədə keçirilib.
Mayis Əliyev “De Leqe” MMC-nin direktoru: Bugün ki görüş icma ilə nəzərdə tutulmuş bir görüşdür. Biz icmlarda həm ehtiyacların öyrənilməsi üçün həm də onların suallarına hüquqi məsləhətlərin verilməsinə, və birbaşa onların suallarına cavab verilməsinə ilə bağlıdır. Qayıdış prosesi ilə bağlı, ümumiyyətlə onların hüquqları ilə bağlı olan imtiyazları, güzəştlərlə bağlı olan maarifləndirici tədbirlər edəcəyik.
Layihənin icrası zamanı hər ay icma ilə görüş nəzərdə tutulub.
Aişə Rzayeva
- Baxış: 321