• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 11.11.2021 20:20

BP-nin azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətindən danışılıb

KepezTV Player

BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Bu fikirlər Prezident İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşündə səsləndirilib. BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunulub. Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.