• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 10.11.2021 19:03

Ehsan bulağı istifadəyə verilib

KepezTV Player

Göygöl rayonun Haçaqaya kəndində şəhid Ruslan Binnətovun anım günündə ehsan bulağının açılışı olub. Rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin iştirak etdiyi açılışda şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Vətən müharibəsi başlayanda Ruslan qardaşı Rövşənlə birlikdə hərbi xidmətdə olub. Elə həmin gündən iki qardaş döyüş meydanına atılıb, cəbhənin qaynar nöqtələrində çiyin-çiyinə vuruşublar. Qızğın gedən döyüşlərin birində Ruslan Binnətov qəhrəmancasına şəhid olub. Ölümündən sonra Xocavəndin azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib.   Şagirdlərin torpağa, vətənə aid səsləndirdikləri şeirlərdən sonra şəhidin qəbri ziyarət olunub. Haçaqaya kəndinin girişində şəhid Ruslan Binnətovun stendlərdən ibarət xatirə kompleksinin önünə ağac da əkilib.