• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 10.11.2021 16:16

"Şən startlar idman festivalı" keçirilib

KepezTV Player

Gəncədə "Şən startlar idman festivalı" keçirilib. Olimpiya İdman Kompleksində bir qrup könüllü fiziki-tərbiyə müəllimlərinin təşəbbüsü ilə baş tutan tədbirdə, şəhid ailələri, qazilər, xüsusi qayğıya ehtiyacı olan azyaşlı şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid övladlarının da yer aldığı yarışlarda müxtəlif komandaların tərkibində əyləncəli idman oyunlarında gücünü sınayan azyaşlılar səmərəli vaxt keçiriliblər. Tədbirin keçirilməsində məqsəd onların sağlam gələcəyinin təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və xüsusi qayğıya ehtiyacı olan həssas qrupa aid olan azyaşlıların cəmiyyətə inteqrasiyasının təmin olunması olub. Tədbirdə azyaşlıların sevincinə səbəb olan müxtəlif əyləncəli idman fəaliyyətləri ilə yanaşı, bədii hissə də yaddaqalan olub.