• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 10.11.2021 16:05

Şagirdlərin elekton yerdəyişməsi aparılır

KepezTV Player

Ölkənin orta məktəblərində şagirdlərin elektron yerdəyişməsinə başlanılıb. www.sy.edu.az saytına daxil olmaqla prosesi yerinə yetirmək olar. Şagird yerdəyişməsinin elektron formada aparılması məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin elektron yerdəyişməsi ilə əlaqədar Gəncə şəhər Təhsil İdarəsində alternativ mərkəz də yaradılıb. İdarənin işçiləri tərəfindən müraciət edənlərə köməklik edilir. Həmçinin Təhsil Nazirinin əmri ilə noyabrın 30-dək ilk peşə və orta ixtisas müəsisələrinə sənəd verib qəbul ola bilməyən şagirdlər proqram təminatı vastəsi ilə X sinfə qəbul oluna bilərlər.