KepezTV Player
I Divizion təmsilçisi "Kəpəz" növbəti mövsüm Premyer Liqada iştirak etmək niyyətindədir. 4 ildir ki, aşağı liqada çıxış edən Gəncə klubu bunun üçün AFFA Lisenziyalaşdırma qrupuna müraciət edib. Nizami yurdunun təmsilçisi ilə yanaşı, digər qərb kollektivi "Turan Tovuz", eləcə də "Zaqatala", <br>MOİK və "Qaradağ Lökbatan" 2022/2023 mövsümündə əsas liqada oynamağı planlaşdırır. Artıq klublarla AFFA-da iclas keçirilib, onlara yeni qaydalar izah edilib. Sənədlər, infrastruktur və digər meyarlara yerində baxış olacaq. Xatırladaq ki, ötən mövsümdə I Diviziondan "Kəpəz” də daxil olmaqla “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb.
- Baxış: 554