• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 10.11.2021 12:01

Mustafa Kamal Atatürk Gəncədə anılıb

KepezTV Player

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 83-cü anım günü Türkiyənin Gəncədəki Baş Konsuluğunda qeyd olunub. Tədbirdə türk dünyasının böyük şəxsiyyətlərindən olan Atatürkün həyatından və türk xalqı üçün xidmətlərindən söz açılıb. Qardaş ölkənin Gəncədəki baş konsulu Zeki Öztürk Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" deyimini xatırladaraq iki ölkə arasında sıx əlaqələrin mövcudluğuna diqqət çəkib. Anım tədbirində Atatürklə bağlı videoçarxlar izlənilib, şeirlər dinlənilib.