• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 09.11.2021 19:45

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.