KepezTV Player
Samuxda Zəfər və dövlət bayrağı günləri ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayon icra hakimiyyəti tərəfindən reallaşdırılan yaşıllaşdırma aksiyası 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı Samuxdan olan şəhidlərin xatirəsinə həsr edilib.Rayonun gənclər təşkilatlarının nümayəndələri, könüllülər və məktəblilərin də qatıldığı aksiyada ümumilikdə 101 ağac əkilib və əraziyə şəhidlərin adları olan lövhələr quraşdırılıb.
- Baxış: 602