• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 09.11.2021 19:28

Şəhid ailələri ilə görüş keçirilib

KepezTV Player

Göygöldə şəhid ailələri ilə görüş keçirilib. Millət vəkili Elşad Mirbəşiroğlu, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə 44 günlük vətən müharibəsində qazanılan qələbədən danışılıb. Dövlət, ordu və xalq birliyi nəticəsində 30 illik işğalda olan torpaqlarımız azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu vurğulanıb. Qazanılan qələbənin gələcək nəsillərə çatdırılmalının cavibliyinə toxunulub. Tədbirdə Göygöldən olan şəhidlərin şəkilləri əks olunan sivunirlər onların ailələrinə təqdim edilib.

Müşfiq Abbasov şəhid atası: Oğlum şəhid olub. Ancaq xalqımıza, dövlətimizə minnətdarıq ki, xalqımız, dövlətimiz şəhidləri unutmur. Allah şəhidlərə rəhmət etsin, qazilərə can sağlığı versin. Torpaqlarımızın bütövlüyü qorundu. Allah qələbəmizi daimi eləsin.

Həbib Hüseynov  Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nın Göygöl şöbəsinin sədri: Bütün şəhid ailələri ilə görüş keçirilir. Tədbirlərdə iştirak olunur. Şəhid ailələrinə baş sağlığı verirəm, qazilərə can sağlığı arzu edirəm.