• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 09.11.2021 19:23

Şəhidlərin xatirəsinə bulaq kompleksi istifadəyə verilib

KepezTV Player

Vətən müharibəsində qanıyla, canıyla tarix yazan igidlərimizin xatirəsi Gəncədə hər zaman ehtiramla yad edilir. Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, əbədi yaşadılması üçün daha bir bulaq kompleksinin açılışı olub. Tədbirdə müzəffər ali baş komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun 30 illik işğala cəmi 44 gün ərzində son qoymaqla dünyaya səs saldığı vurğulanıb, Vətənin bütövlüyü naminə son damla qanına kimi mübarizə aparan igid oğulların xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub.

Brilyant Əsgərova şəhid anası: Burada əziyyəti olan bütün vətəndaşların hamısına öz minnətdarlığımı bildirirəm. Ona görə ki, onlar şəhidləri yaşadırlar.Fəxr edirəm ki, belə qardaşlar, belə oğullar, xalqımızın belə nümayəndələri var.

Anar Paşayev qazi: Bu günki bulağın açılışı bütün şəhidlərimiz üçündür.Nəinki bulaqların, şəhərin hər yerində reklamların olması, ekranlarda olması,bu kimi məsələlərin yer alması bizim üçün fəxrdi.Ona görə ki, 30 illik həsrətə şəhidlərimiznən, qazilərimiznən son qoyduq. Xalqımızı sevindirdik. Dövlətimizin Prezidenti də sağ olsun şəhid ailələrinə, qazilərə göstərdiyi diqqətə görə.

Samir Məmmədov təşkilatçı: Gəncə şəhidlərinin bulağı inşa olunub. Gəncədə yaşayan, xaricdə yaşayan soydaşlarımız da sağ olsun. Dəstək olurlar.Şəhidlərimizə evlər də tikilir. Artıq 5-ci evdir ki, şəhidlərimizə tikilir.Qazilərimizə yardım olunur.Bu bulağın açılışını etdikdən sonra başqa yerdə də bulaqlar açacağıq.