• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2108
— 09.11.2021 19:18

Bayraq gününə həsr olunan tədbir keçirilib

KepezTV Player

Samuxda Zəfər və Bayraq günlərinə həsr olunan tədbir keçirilib. Rayonun Poylu kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb. Daha sonra hərbi qulluqçular yürüş edərək Azərbaycan bayrağını rayon mərkəzinə gətiriblər. Şəhid ailələrinin də iştirakı ilə Vətən uğrunda can verən qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin açılışı olub. Qarabağ uğunda savaşda şəhid olanların keçdiyi döyüş yolundan, şücaətindən və qəhrəmanlıqlarından bəhs olunub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Yaradılan bu  abidə kompleksi  bütün kənd sakinlərinin qürurla üz tutacağı məkanlardan birinə çevriləcək.