• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 08.11.2021 16:08

Medalları şəhidlərin ailələrinə verildi

KepezTV Player

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Naftalan şəhərində tədbir keçirilib. Öncə ümummili lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər çiçəklər düzülüb. Eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi qarşısında şəhidlərin ruhuna ehtiram nümayiş etdirilib. Bayram tədbiri “Vətənpərvərlik” adlı rəsmlərdən ibarət sərgiyə baxışla başlayıb. “Tarixi Zəfər” mövzusunda reallaşan tədbirdə Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsi kimi dəyərləndirilib. Bununla haqq və ədalətin bərpa edildiyi, tarixi torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulduğu vurğulanıb. Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusunun mübarizliyindən danışılıb, dünyaya iqtidar-xalq birliyi nümunəsinin göstərildiyi önə çəkilib. Zəfər günü tədbirində ölümlərindən sonra ölkə başçısı tərəfindən təltif olunan qəhrəmanların müdalları ailə üzvlərinə təqdim olunub. Məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.