• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 08.11.2021 15:58

Tarixi zəfərin əhəmiyyətindən danışılıb

KepezTV Player

Samux ictimaiyyətinin nümayəndələri də tarixi qələbənin ildönümünü qeyd ediblər. Atlı suvarilərin müşayiəti ilə yürüşlə başlayan tədbir Vətənin azadlığı uğrunda canından keçənlərin xatirəsinin yad edilməsi ilə davam edib. Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışılıb. 44 gün ərzində qarış-qarış irəliləyərək işğala son qoyan qəhrəman hərbçilərimizin Şuşanı işğaldan azad etməsilə düşmənə sarsıdıcı zərbə endirildiyi diqqətə çatdırılıb. Öz qanları və canları ilə tarix yazan igidlərin dövlət tərəfindən layiq görüldüyü medalları ailə üzvlərinə təqdim olunub. Tədbir ədəbi-bədii kompozisiyanın nümayişi və konsert proqramı ilə yekunlaşıb.