• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 08.11.2021 15:38

Şəhidlərin xatirəsi anılıb

KepezTV Player

Şəmkirdə də bayram tədbiri rayon ictimaiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Bayraq Meydanında reallaşan təntənəli mərasimdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfər tarixindən danışılıb. Azərbaycan əsgəri və zabitinin bir amal uğrunda vuruşaraq işğala son qoyduğu vurğulanıb. 8 noyabrda Şuşada dövlət bayrağının qaldırılması ilə müharibənin taleyinin həll edildiyinə diqqət çəkilib. Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gənclərinin olmasının qürverici bir hiss olduğuna diqqət çəkilib. Qəhrəman oğulların döyüş ruhu və əzmkarlığı nəticəsində qələbənin əldə edildiyi bildirilib. Tədbirin sonunda Şəmkir şəhər Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib.