• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2097
— 08.11.2021 16:10

Nizami yurdunda zəfər günü

KepezTV Player

Respublikanın hər yerində olduğu kimi ölkənin ikinci böyük şəhəri Gəncədə də 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub. Nizami yurdunun əhalisi təşkil olunan bayram tədbirində iştirak üçün “İstiqlal” parkına axışıb.

Ümumşəhər tədbiri şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin İqtiqlal parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı ilə başlayıb. ÇIxışlarda Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışılıb, bayram münasibətilə təbriklər çatdırılıb. Sonra Gəncə Dövlət Dram Teatrı tərəfindən “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmiz olan 44 göyərçin havaya buraxılıb. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilən bulağın açılışı baş tutub.

Zəfər günü Gəncədə ağacəkmə aksiyası da baş tutub. Heydər Əliyev Park-Komplesində 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.