• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 08.11.2021 12:01

Sakinlərin zəfər sevinci

KepezTV Player

44 günlük Vətən müharibəsi zamanı öz ordusuna, dövlətinə inanan gəncəlilər bu gün də ön cərgədədirlər. Tarixi zəfəri bayram edirlər, qələbənin sevincini yaşayırlar. Qüdrətli dövlətin qalib vətəndaşları kimi.

Gəncədə Zəfər günü bayramı ilə bağlı qələbə sevinci davam edir. Şəhərin baş meydanına toplaşan sakinlər bir il bundan öncə olduğu kimi qələbənin dadını çıxarırlar.

Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıran sakinlər Zəfər günü münasibətilə qürur yaşayır. Yaşlı nəslin nümayəndələri ilə yanaşı azyaşlı sakinlər də bayramı yüksək əhval ruhiyyədə qeyd edirlər.

Qədirbilən və qeyrətli gəncəlilərin bayram sevinci Ali Baş Komandan İlham Əliyevın siyasətini dəstəkləməklərinin, ordumuza olan sevginin, qüdrətli dövlətimizə olan inamın bariz nümunəsinin göstəricisidir.

 

Valeh Anaroğlu