• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 08.11.2021 09:49

XİN Zəfər Günü ilə əlaqədar bəyanat yayıb

KepezTV Player

Xarici İşlər Nazirliyi 8 Noyabr – Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə bəyanat yayıb. Bəyanatda 8 noyabr - Zəfər Gününün, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsi olduğu deyilir. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edildiyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərində yaşamaq hüququnun bərpa olunduğu bildirilir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində münaqişənin hərbi-siyasi yolla öz həllini tapdığı, müharibə sonrası Azərbaycan qarşısında azad olunmuş ərazilərinin yenidən tikilməsi və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifənin dayandığı vurğulanır. "Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır." - deyə bəyanatda qeyd olunur.