• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 07.11.2021 20:46

51-ci Gənclərin İnkişaf və Karyera Mərkəzi

KepezTV Player

Naftalan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin sayca 51-ci nümayəndəliyi fəaliyyətə başlayıb. Açılış mərasimindən öncə ulu öndərin abidəsi ziyarət olunub, önünə güllər düzülüb. Rəsmi hissədə çıxış edənlər Vətən müharibəsində qazanılmış şanlı qələbənin gətirdiyi sevincdən. Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğundan bəhs ediblər.

Mərasimə qatılan gənclərə “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verilib. Tədbirin yekununda gənclər mərkəzlə tanış olublar. Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin 56-ya çatdırılması planlaşdırılır.