• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 07.11.2021 20:41

“Zəfər Salnaməsi” kitabının təqdimatı baş tutub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə parkında “Zəfər Salnaməsi” kitabının təqdimatı keçirilib. Universitetin Tələbə parkında yerləşən şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib, önünə tər güllər düzülüb. “Zəfər Salnaməsi” kitabının şanlı qələbəmizin ildönümünə həsr olunun daha bir töhfə olduğu vurğulanıb. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər haqqında nəşrdə ətraflı məlumat verilib. Təhsil ocağında oxuyan tələblər də ölkəmizin Vətən müharibəsində zəfər qazanması ilə bağlı fikirlərini səsləndiriblər, şeirlər oxuyublar. Kitabın müəllifləri universitetin rektoru İbrahim Cəfərov, İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri Azad Bayramov və kafedranın baş müəllimi Zümrüd Qəhrəmanovadır. Sonda tədbir iştirakçıları şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanların ruhlarına dualar oxuyublar.