• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 07.11.2021 20:40

Zəfər günü ilə bağlı qalib gələn şagirdlər mükafatlandırılıblar

KepezTV Player

Gəncənin məktəblərində Zəfər günü ilə bağlı keçirilən yarışlarda qalib gələn şagirdlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.Əvvəlcə qonaqlar məktəblilərin 44 günlük vətən müharibəsinə həsr edilən rəsm sərgisinə baxış keçiriblər. 40-a yaxın əsər nümayiş edilib.Ardınca Zəfər günü ilə bağlı keçirilən rəsm, inşa,şer və mahnı müsabiqələri, Gəncənin şəhid müəllimlərinin xatirəsinə keçirilən olimpiadalar, idman və intelektual yarışların qalibləri mükafatlandırılıb.Qaliblərə fəxri fərman və xatirə hədiyyələri verilib. Şəhid olan müəllimlərin ailələri və qazilər də diqqətdən kənarda qalmayıb.Tədbirin bədii hissəsində şagirdlərin rəqslərinə tamaşa edilib, şeirləri dinlənilib.