• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 07.11.2021 20:35

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksi inşa edilib

KepezTV Player

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirələrini əbədiləşdirmək məqsədilə Naftalan şəhərində bulaq-kompleksinin açılışı olub. Abidənin önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Vurğulanıb ki, Azərbaycan xalqı bu gün şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə yada salır.Bulaq Kompleksinin önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.