KepezTV Player
Qəlbi yurd həsrəti ilə döyünən daha bir şəhidimizin- Daşqın Şəfiyevin şəhadətinin il dönümü qeyd olunub. Daşqın Şəfiyev 1989-cu il avqustun 22- də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonu Seyidlər kənd tam orta məktəbində təhsil alıb. İşğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi zaman - 5 noyabrda ən ali məqama- şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
- Baxış: 220