Xırnik, nar, heyva, üzüm... Bunlar ən çox xaricə ixrac olunan məhsullardı. Prosesə nəzarəti Qida Təhlükəsizliyi Agentliyinin işçiləri həyata keçirirlər. Qərb bölgəsində bu işlər qoyulan tələblər çərçivəsində görülür.
Qazax, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından xaricə ixrac edilən məhsulların keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsi tərəfindən yoxlanılır. Əvvəlcə sahibkar quruma elektron qaydada müraciət edir. Sonra əməkdaşlar məhsula baxış keçirib, nümunələr götürürlər.Laboratoriyanın cavabı müsbət olarsa, hər hansı xəstəlik aşkarlanmazsa məhsulun xaricə ixracı üçün sertikat verilir.
Qida Təhlükəsizliyi Agentlərinin işçiləri tərəfindən nümunə götürülən meyvələr bu cür şəffaf torbalara yığılır. Bu torbanın üzərində həmin meyvənin adı, hansı rayondan ixrac edildiyinin adı eləcə də çəkisi yazılır.
İlkin Bədəlov fermer: Xurmadı, yetişdiririk. Gətirib qida təhlükəsizliyinə müraciət edirik. Onlayn şəkildə bank hesabına ödədikdən sonra nümunələr götürülür. Müsbət cavab gəldikdən sonra öz mallarımızı xarici ölkəyə xüsusi ilə də Rusiya Federasiyasına göndəririk. Dövlət rüsumu 10 manatdır. Kart şəklində və yaxud da onlayn şəkildə ödüyürük. Daha sonra cavab gəlir ya müsbət ya da mənfi, ardından malımızı rahat şəkildə göndərə bilirik.
Elşad Mirzəyev fermer: Tovuz rayonun Əyyublu kəndindənəm, sahibkaram ixracnan məşğulam. Nardı, xurmadı Ukraynaya ixrac edirik. Çox sağ olsunlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bizim işlərimiz təşkil olunub. Heç bir əziyyət çəkmədən məhsulumuzu yığırıq. Qapımızın ağzında laboratoriya sağ olsunlar. Gəliblər bu gün də yığırlar, baxıb nümunə götürürlər. Bizi də razı salırlar, işimizdə razı salırlar, işimizdə yaxşı gedir.
Qanunsuz dövriyyədə olan və ya ölkə ərazisində qeydiyyatdan keçirilməyən pestisidlərin, aqrokimyəvi maddələrin təsərrüfatlarda istifadəsi qəti qadağandır. AQTA tərəfindən bu nüansa xüsusilə diqqət edilir.
Sənan Əsgərli AQTA-nın Tovuz Regional Bölməsinin rəisi: İxrac olunan məhsullarda müayinə zamanı pestisidlərin və aqrokimyəvi maddələrin qalıqları aşkar olunarsa bu zaman həmin məhsulların ixracına əngəllər törənə bilər. Sahibkarlar artıq yalnız avtomobil nəqliyyatı vastaəsi ilə deyil dəmir yolu nəqliyyatı vastəsi ilə də məhsullarını Rusiyaya ixrac edə bilərlər. Olur ki, məhsullarda hər hansı bir zərərverici və yaxudda xəstəlik aşkar edilərsə həmin məhsulun yük partiyasının ixrac olunmasına qadağa qoyulur, nəqliyyat vastəsi sanitar sertifkatı ilə təmin olunmur.
Məhsulun növündən və müayinələrin aparılmasından asılı olaraq sertifikatlaşdırma 2-4 gün arası çəkə bilir.
Elnur Vahidoğlu
- Baxış: 263