• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 04.11.2021 19:30

Sakinlər "Açıq mikrofon" aksiyasının imkanlarından yararlanıblar

KepezTV Player

"Azəriqaz" növbəti "Açıq mikrofon" aksiyasını Gədəbəydə təşkil edib. Dərəqumlu kəndində sakinlər yaşanan problemləri səsləndiriblər.

Aksiyada sakinlərin yüksək dağlıq rayonu olan Gədəbəydə qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən danışılıb. Sakinlər "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək təkliflərini səsləndiriblər.

Sayca 26-cı olan aksiyada qazlaşma ilə bağlı problemlər yerindəcə aydınlaşdırılıb, aidiyyatı üzrə müvafiq qərarlar verilib.

Ötən il Şəmkir Regional Qaz İstismarı İdarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 14782 abonentə xidmət göstərilib. Rayon üzrə illik ödəniş 99,4 faiz, əhali sektoru üzrə isə 100 faiz təşkil edib.

 

Valeh Anaroğlu