• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1654
— 04.11.2021 16:19

Yaranan imkandan bütün region ölkələri bəhrələnəcək

KepezTV Player

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilib, həmin sürücülər saxlanılıb, maşınlar müsadirə edilib: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu deyə Bayramov bildirib. Əlavə edib ki, sərhədlərin tanınması ilə yeni münasibətlər formalaşacaq. Yaranan imkandan tək Azərbaycan və Ermənistan deyil, bütün region ölkələri bəhrələnəcək. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin müəyyənləşməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacaq.