• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 04.11.2021 12:00

Narkotik vasitəni Kanadaya poçtla göndərmək istədilər

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə narkotik vasitələrin gömrük nəzarətindən gizli şəkildə beynəlxalq poçt göndərişləri ilə göndəriləcəyi barədə məlumat daxil olub. Həmin məlumat əsasında, Azərbaycandan Kanadaya göndərilən, otbiçən maşın kimi bəyan olunan və karton qutudan ibarət poçt bağlaması saxlanılıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it poçt bağlamasına reaksiya verib. Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib. Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb. Otbiçən maşının digər hissələrində də narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2831 qram təşkil edib.Gömrük əməkdaşları tərəfindən poçt bağlamasının sahibi də müəyyən olunub və həmin şəxsin istifadəsində olan "Azsamand" markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.