KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, həmçinin Gənclər Evinin təşkilatçılığı ilə 8 noyabr zəfər gününə həsr olunan stolüstü tennis üzrə yarış reallaşıb. Birinciliyin açılış mərasimində çıxış edənlər 44 günlük vətən müharibəsində ordumuzun böyük qəhrəmanlıq göstərdiyi və bunun sayəsində qələbə qazandığımız diqqətə çatdırılıb. Yarışa gəlincə, mübarizələrə ali və orta ixtisas məktəblərinin gənclər təşkilatlarının üzvləri, eləcə də könüllülər qatılıb. Birincilikdə həm qız, həm də oğlanlardan ibarət 8 komandanın tennisçiləri iştirak edib. Yekunda birinci olan kollekiv kubokla, digər mükafatçı yerlərdə qərarlaşan komandalar isə diplomla təltif ediliblər.
- Baxış: 805